Türkanda avtomobil kişini vuraraq öldürdü

Türkanda avtomobil kişini vuraraq öldürdü

Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu idarə etdiyi "BYD" markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olan zaman piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilməsinə baxmayaraq orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.