Cəlilabadda 22 yaşlı gənc intihar edib

Cəlilabadda 22 yaşlı gənc intihar edib

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Səttarxan adlı yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Ə.Məmmədov özünü asaraq, həyatına son qoyub.

Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.