İran ABŞ bazalarına qarşı hücuma keçdi - Dəhşət yaşanır

İran ABŞ bazalarına qarşı hücuma keçdi - Dəhşət yaşanır

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı hərbi bazalarına qarşı genişmiqyaslı hücuma hazırlaşdığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, "Nour News" agentliyinin hərbi mənbəyə istinadən yaydığı məlumata görə, İran silahlı qüvvələri bölgədəki ABŞ hərbi obyektlərinə qarşı "kütləvi hücum"a başlamağa hazırlaşır.

Bu bəyanat ABŞ-ın İrana qarşı həyata keçirdiyi son genişmiqyaslı zərbələr və iki ölkə arasında atəşkəs rejiminin faktiki olaraq çökməsi fonunda gərginliyi növbəti mərhələyə daşıyıb.

Qeyd edək ki, artıq SEPAH rəhbərliyi çərşənbə günü Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektləri daxil olmaqla, 85-ə yaxın hədəfə raket və PUA zərbələri endirdiyini açıqlayıb. Tehran rəsmiləri bölgədəki bütün Amerika bazalarının artıq "legitim hədəf" elan olunduğunu bildirib. ABŞ tərəfi isə İranın bu addımlarını "əsassız təcavüz" adlandıraraq, cavab tədbirlərinin davam edəcəyini və İranın hərbi potensialının məhv edilməsi prosesinin sürətlənəcəyini vurğulayıb.

Əli Səfərli,

NOCOMMENT.az