Cəlilabadda yol qəzası baş verib.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosiklet ambulansa çırpılıb. Qəza nəticəsində 2 nəfər Şamil Abdalov və Şəmistan Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Aliyə












