Cəlilabadda qəzada xəsarət alanların sayı 5-ə çatıb.
NOCOMMENT.az-ın cənub bürosunun məlumatına görə Cəlilabadda baş verən avtoqəzada xəsarət alan şəxslərin adları məlum olub. Bunlar:
Səfərli Zülüfüqar Zaur oğlu,
İdrak Rza Ağahüseyn oğlu,
Musayev Əmrah Əlyar oğlu,
Əhimov Mahir Səfər oğlu,
Məmmədov Əmrah Zaur oğlu.
Məlumata görə, yaralıların vəziyyəti orta-stabil qiymətləndirilir.
11:28
Cəlilabadda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın cənub bürosunun məlumatına görə Cəlilabadda baş verən qəzada 4 nəfər xəsarət alıb.
Hadisə köhnə Ələt–Astara magistralnda Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara rayonu istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.












