Daşkəsəndə yeniyetməyə xəsarət yetirən şəxs tutulub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 13 yaşlı Y. Tağıyev saxlanılıb.
Araşdırma aparılır.
***16:05
Daşkəsəndə dava zamanı yeniyetmə xəsarət alıb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2011-ci il təvəllüdlü Elvin Orucov başının, qulağının və əllərinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, yeniyetməyə tanışı butulka ilə başından vuraraq xəsarət yetirib.
Hadisə ilə bağlı araşdırma aparılır.












