Türkiyənin Diyarbəkir şəhərində hərəkətdə olan elektrikli SUV markalı avtomobil qəfil alovlanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Kayapınar rayonunun Talaytepe məhəlləsində, Mezopotamya bulvarında baş verib.
Məlumata görə, hərəkətdə olan avtomobil naməlum səbəbdən yanmağa başlayıb. Sürücü vəziyyəti görərək nəqliyyat vasitəsini yolun kənarına çəkib və dərhal təcili xidmətlərə məlumat verib.
Hadisə yerinə yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğın zamanı avtomobildə ardıcıl partlayışların baş verdiyi bildirilib. Təhlükəsizlik məqsədilə yolun bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğınsöndürənlər xüsusi yanğın örtüyündən istifadə edərək alovu nəzarət altına alıblar.
Hadisə nəticəsində xəsarət alan olmasa da, elektrikli avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Tunar
NOCOMMENT.az
















