DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: 20 yaşlı qız faciəvi şəkildə öldü - ANBAAN VİDEO

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: 20 yaşlı qız faciəvi şəkildə öldü - ANBAAN VİDEO

Braziliyada baş verən dəhşətli hadisə ölkədə böyük rezonans doğurub. 20 yaşlı gənc qadın "bangee" tullanması zamanı təhlükəsizlik sistemində yol verilən kobud səhlənkarlıq nəticəsində həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, hadisə macəra idman növləri üçün nəzərdə tutulmuş "bangee" tullanma məkanında baş verib.

İlkin məlumata görə, əməkdaşlar gənc qadının təhlükəsizlik ipi ilə düzgün şəkildə bərkidilib-bərkidilmədiyini yoxlamadan ona tullanmağa icazə veriblər. Nəticədə qadın təxminən 40 metr hündürlükdən yerə çırpılıb.


Şahidlərin sözlərinə görə, qadın platformadan tullandıqdan sonra heç bir təhlükəsizlik sistemi işə düşməyib. O, böyük sürətlə yerə başıüstə düşərək ağır xəsarətlər alıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları zərərçəkənə müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.


Faciədən sonra hadisəyə görə məsuliyyət daşıdığı bildirilən üç işçi polis tərəfindən saxlanılıb. Braziliya prokurorluğu təhlükəsizlik qaydalarının pozulması və ehtimal olunan səhlənkarlıq faktları üzrə geniş araşdırmaya başlayıb.

Səlahiyyətli qurumlar hadisənin baş verdiyi obyektin fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb. Hazırda təhlükəsizlik kameralarının görüntüləri, avadanlıqların texniki vəziyyəti və işçilərin ifadələri araşdırılır./musavat/