Qəzada yaralanan 31 yaşlı şəxs xəstəxanada ölüb – FOTO

Qəzada yaralanan 31 yaşlı şəxs xəstəxanada ölüb – FOTO

Ölənlərin sayı 2-yə çatıb.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq həyatını itirib.

Şamil Saxalov

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106″nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 22 yaşlı Rufan Bayramov və “VAZ-2106″da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.