Rusiya prezidenti Vladimir Putin məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib.
NOCOMMENT.az xəbər verir ki, dövlət başçısı məzunların qarşısında tezliklə Rusiya üçün məsuliyyət daşımaq, ölkənin tarixini davam etdirmək, yaratmaq və qurmaq kimi vəzifələrin duracağını qeyd edib.
Putin gənclərə müraciətində onların öz planlarını həyata keçirə biləcəklərinə əmin olduğunu vurğulayıb: "İnanıram ki, planlarınızı həyata keçirə biləcəksiniz, hər şey alınacaq, sizə qalib geni xasdır. Ürəyinizdə, ruhunuzda xalqımızın iradəsi və birliyi, dünyanı nasizmdən azad edən, atom enerjisinə boyun əydirən, bəşəriyyətə kosmosu açan əcdadlarınızın mənəvi gücü var".
Sara,
NOCOMMENT.az










