Ermənistanda daşqınlar – Daha birinin meyiti tapılıb

Ermənistanda daşqınlar – Daha birinin meyiti tapılıb

Ermənistanda daşqınlar zamanı itkin düşənlərdən daha birinin meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

O, bununla da qurbanların sayının 4 nəfərə çatdığını açıqlayıb.

Qeyd edək ki, Ermənistanın şimal zonasında güclü yağışlardan dolayı baş verən daşqınlar ciddi fəsadlar törədib.