Ermənistanda etirazlar davam edir – Paşinyan görüşə ÇAĞIRILIB

Ermənistanda etirazlar davam edir – Paşinyan görüşə ÇAĞIRILIB

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyası davam edir.

NOCOMMENT.az xəbər verir ki, mayın 28-də saat 10:00-da Sardarapat memorial kompleksində mitinq başlayıb.

Baqrat Ermənistan Baş naziri Nikol Paşinyanı görüşə çağırsa da, onun gəlmədiyini bildirib:

“Həmin şəxs iki səbəbdən gəlmədi. Birincisi, başa düşdü ki, bura onun yeri deyil. İkincisi, kənardan deyiblər ki, getmə! O adamın artıq ölkəmizlə heç bir əlaqəsi yoxdur. Özü də tarixi və real Ermənistanla bağlı cəfəng bəyanatlar verib”.