Xəbər verdiyimiz kimi, Ağstafa rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Hadisə nəticəsində ər-arvad – Əsgər Səmədov və Adilə Hüseynova həlak olublar.
Faciə ilə bağlı məlumat verən onların oğlu bildirib ki, yuxudan oyanıb həyətə çıxıb və evə qayıdanda görüb ki, çöldən giriş qapısının ağzında parça yanıb, mətbəx də alovlanıb və evə tüstü dolub: "Daha sonra arxa otağa keçib çamadana baxmaq qərarına gəldim. Gördüm ki, çamadan divanın və çarpayının üzərində açıq vəziyyətdə qoyulub, içində saxladığım 16 min manat pulun isə bir hissəsi dağılıb, əskinaslar müxtəlif tərəflərə səpələnib."
O, həmçinin əlavə edib ki, otağın tam olaraq yanmadığını, lakin divarda və çarpayının baş hissəsində qaralaraq ləkələndiyini, divar kağızının isə bir hissəsinin yandığını müşahidə edib: "Bütün bunlara əsaslanaraq hesab edirəm ki, hadisə bədbəxt hadisə deyil, qəsdən törədilib və pulumuz da məhz bu məqsədlə götürülüb."
Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.
Sara,
NOCOMMENT.az











