Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air France” aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə apa-ya aeroportun mətbuat xidmətindən bildirilib.
Osaka-Paris marşrutu ilə hərəkət edən “Boeing 777” hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.
“Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib. Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb.










