Elmar Məmmədyarov: “Ermənistan da, Rusiya da Zəngəzur dəhlizində maraqlıdır” - MÜSAHİBƏ

Elmar Məmmədyarov: “Ermənistan da, Rusiya da Zəngəzur dəhlizində maraqlıdır” - MÜSAHİBƏ

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a müsahibə verib.

Sabiq baş dipıomat Azərbaycan-Ermənistan sülh prosesindən, “Rusiya, yoxsa Qərb” sualı qarşısında qalan Ermənistanın hansı yolla gedəcəyindən, Paşinyan hökumətininin konstitusiya dəyişikliynə gedib-getməyəcəyindən danışıb.

Onunla söhbəti tıqdim edirik.

- Son günlər, Azərbaycan ərazisindən Ermənistana taxıl daşınır. Azərbaycan Ermənistana neft ixrac edir. Bir sözlə, rəsmi Bakı yekun sülh üçün barış əlini uzadıb. Sizcə, yekun sülhə nə zaman və hansı halda nail olunacaq?

- Azərbaycan şərt qoyub ki, Ermənistan konstitusiyasına dəyişiklik etsin və Azərbaycana qarşı ərazi iddialarına rəsmən son qoysun. İndi “top” onlardadır. İndi özləri də anlayırlar ki, konstitusiyanı dəyişdirməldirlər. Gərək Ermənistanın hüquqşünasları bu işə dəstək versinlər. Çünki anlamamış deyillər ki, Azərbaycanla sülh sazişinin bağlanması onların da milli maraqlarına uyğundur.

- Paşiyan və komandası buna nail olacaqmı?

- Yaxşı sualdır, amma bunu Ermənistanın hüquqşünasları müzakirə edib, konkret qərara gəlməlidirlər.

- Azərbaycan-Ermənistan arasında bağlanılması gözlənilən yekun sülhə Rusiya, Fransa və digər ölkələrin münasibəti necədir?

- Söhbət ondan gedir ki, Zəngəzur dəhlizi işə başlasa, Rusiya bundan faydalanacaq, çünki bu ölkəyə qarşı böyük sanksiyalar var. Rusiya üçün önəmlidir ki, dəhliz işə düşsün və mallarını Türkiyə vasitəsilə dünyaya çatdırsın. Çünki Qərb Rusiya ilə sərhədləri bağlayıb. Bu mənada hesab edirəm ki, gec-tez Zəngəzur dəhlizi açılacaq. Birincisi, indiki Ermənistan hakimiyyəti də bu işdə maraqlıdır. Çünki dəhlizin işə salınması Ermənistanın iqtisadi gəlirlərini artıracaq. İkincisi də o dəhlizə Tramp öz adını verib. Söhbət ondan gedir ki, Trampın getməsinə 2 il qalır.

-Tramp gedəndən sonra yeni hakimiyyəti eyni maraqda qalacaqmı?

- Bu sualın cavabını indidən müəyyən etmək, proqnozlaşdırmaq çətindir, çünki hakimiyyətə kimin gələcəyi məlum deyil. Gözləməliyik.


- Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın qaşrısına şərt qoyub: ya biz, ya Avropa. Sizcə, Ermənistan hansı yolu tutacaq?

- İndiki Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqında qalmaq istəyir. Çünki onların marağındadır. Amma sual onda yaranır ki, onlar Avrasiya İqtisadi İttifaqı ilə yanaşı Qərb blokunda da yer ala biləcəklərmi? Avrasiya İqtisadi İttifaqının zirvə toplantısında qərar qəbul edilib ki, Ermənistan referendum keçirsin və mövqeyini konkretləşdirsin. Maraqlı proseslərdir.

- Paşinyan elan edib ki, Moskvaya səfər edib Rusiya prezidenti Vladimir Putinlə görüşəcək...

- Bunun nəticələri çox maraqlı olacaq. Görüşün hansı istiqamətdə gedəcəyini gözləməliyik.