Uzun illər televiziya sahəsində fəaliyyət göstərmiş Vaqif və Gülər Fərəcovların qızı Tamilla Vaqifqızı ilə Türkiyə vətəndaşı Nurullah Baburhanın oğlan toyu olub.
NOCOMMENT.az xəbər verir ki, Türkiyənin qədim ənənələri əsasında keçirilən toy yaddaqalan anlarla yadda qalıb.
Bakıda başlanan xoşbəxtlik hekayəsi Türkiyənin Malazgirt bölgəsində möhtəşəm oğlan toyu ilə davam edib. Mərasim Malazgirt bölgəsinin əsrlərdən bəri yaşadılan milli adət-ənənələrinə uyğun təşkil olunub. İlk gün oğlan xınası keçirilib və bu rəngarəng mərasim qonaqlarda xoş ovqat yaradıb. Növbəti gün xüsusi hazırlanmış nikah masasında keçirilən rəsmi mərasimdən sonra gəlin qədim ənənəyə uyğun olaraq yeni ailə ocağına yola salınıb.
Toyun ən diqqətçəkən məqamlarından biri isə Tamilla Vaqifqızının iki fərqli milli geyimdə qonaqların qarşısına çıxması olub və bu görüntülər mərasimə xüsusi gözəllik qatıb. Mərasimdə hər iki ailənin üzvləri, yaxın qohumları və dostları ilə yanaşı, Malazgirt Kaymakamlığı rəhbərliyi və ailə üzvləri də iştirak ediblər.
Toyda Azərbaycan və Türkiyə xalqlarının ortaq mədəni dəyərləri, ailə bağları və qardaşlıq ruhu bir daha nümayiş olunub. Qonaqlar gənc ailəyə xoşbəxtlik, firavanlıq və ömür boyu davam edəcək sevgi arzulayıblar. Yüksək təşkilatçılığı, zəngin milli ənənələri və duyğusal anları ilə seçilən bu toy mərasimi iştirakçıların uzun müddət xatırlayacağı unudulmaz bir günə çevrilib. Beləliklə, Bakıda başlayan bu gözəl sevgi hekayəsi Malazgirtdə iki ailəni, iki ölkəni və ortaq dəyərləri daha da yaxınlaşdıran möhtəşəm bir bayrama çevrilib./bakıvaxı.az/


























