Gəncədə dostu tərəfindən bıçaqlanan yeniyetməni vəziyyəti açıqlandı – YENİLƏNİB

Gəncədə dostu tərəfindən bıçaqlanan yeniyetməni vəziyyəti açıqlandı – YENİLƏNİB

09.11.2025-ci il tarixində saat 19:50 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən NOCOMMENT.az -ın Qərb bürosunun məlumat verilib.

Bildirilib ki, sağ ayağın kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb.

***08:39

Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***20:03

Gəncə sakini bıçaqlanıb.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü Elgün Əliyev bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yeniyetmənin yarası dərhal tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 16 yaşlı yeniyetmə oğlan dostu tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.