04.12.2025-ci il tarixində saat 21:10 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib
Bildirilib ki, sol budun üçdə bir hissəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
***09:12
Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, polis əmıkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Y. Dövlətiyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı P.Verdiyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***20:21
Gəncədə bıçaqlanma olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 2008-ci il təvəllüdlü Yaşar Dövlətov kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır












