Goranboyda maşın divara çırpılıb, ölən var – FOTO

Goranboyda maşın divara çırpılıb, ölən var – FOTO

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını divara çırpılıb. Nəticədə maşında olan sərnişin 1987-ci il təvəllüdlü Natiq Abdıyev hadisə yerində ölüb.

Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.