Goranboyda qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanıldı

Goranboyda qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanıldı

Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanıblar.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq elektrik avadanlığından istifadə etməklə balıq ovlayan rayon sakinləri, S. Hümbətov, N. Rəcəbov, H. Bayramov saxlanılıblar.

Onların Gorançay çayının rayon ərazisindən keçən hissəsində elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduqları müəyyən edilib.

Həmin şəxslər saxlanılan zaman onlardan müxtəlif elektrik avadanlıqları və qanunsuz ovlanmış balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.