Göygöldə piyadanı maşın vuraraq öldürüb – FOTO / VİDEO

Göygöldə piyadanı maşın vuraraq öldürüb – FOTO / VİDEO

23:36

Göygöldə avtomobillin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
NOCOMMENT.azın qərb bürosunun məlumatına görə, ölən şəxs Göygöl rayonun Üçtəpə kənd sakini 1995-ci il təvəllüdlü Xatirə Məmmədovadır.

***

Göygöldə piyada yol qəzasında ölüb.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.