Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası olub və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə “VAZ-21011” markalı minik avtomobilinin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Samir Malik oğlunun və bir nəfər (qadın cinsli) sərnişinin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “VAZ-21011” markalı minik avtomobilinin bir nəfər (qadın cinsli) sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Hacıqabulda Muğan qəsəbəsində “Hunday” və VAZ-21011 markalı avtomobillər toqquşub.
NOCOMMENT.az xəbər verir ki, Muğan-Meyniman avtomobil yolunun Şirvan kanalının üstündə yerləşən körpüdə baş verib.
Bildirilib ki, avtomobillərin toqquşması nəticəsində Muğan qəsəbə sakinləri, VAZ-21011 markalı avtomonilin sürücüsü 1956-cı il təvəllüdlü Sabir Malik oğlu Abbasov və onun qardaşı arvadı 1953-cü il təvəlüdlü Nəcabət Nəbi qızı Abasova hadisə yerində ölüblər.
Sürücünün həyat yoldaşı – Muğan qəsəbə sakini, 1956-cı il təvəllüdlü Tutuxanım Abbasova xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.













