İnfarkt keçirən sürücü qəza törədərək öldü - FOTO

İnfarkt keçirən sürücü qəza törədərək öldü - FOTO

Lənkəranda qəzada sürücü ölüb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında Lənkəran rayonun Liman şəhəri ərazisində qeydə alınıb. Lənkəran rayonunun Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayev sükanı arxasında olduğu "VAZ-2106" markalı, 42 CD 389 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi, yol kənarındakı kanala düşüb, ağaca çırpılıb. Qəza nəticəsində sürücü E.Salayev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.


Bildirilir ki, qəzadan öncə sürücü ürəktutmadan ölüb və qəza qaçılmaz olub. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Qeyd edək ki, Elşad Salayev Lənkəranda tanınmış avtomobil ustası idi.

Faktla bağlı araşdırma aparılır.