Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Esmira Məmmədovaya yeni vəzifə həvalə olunub.
NOCOMMENT.az xəbər verir ki, o, kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs - spiker hakim təyin edilib.
KİV nümayəndələri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti və baxılan işlər barədə məlumatların əldə olunması üçün hakim Esmira Məmmədovaya müraciət edə bilərlər. E-huquq.az











