İstixanada işləyən kişini "tok" vurdu

İstixanada işləyən kişini "tok" vurdu

Salyanda istixanada işləyən 51 yaşlı kişini yüksək gərginlikli cərəyan vurub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Salyan rayonunda yerləşən istixanalardan birində baş verib.

Qəbələ rayonunun Nohurqışlaq kənd sakini, 51 yaşlı Hafizov Şahnəzər Şahverən oğlunu istixanada işləyərkən elektrik cərəyanı vurub.

O, yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./ Lent.az/