Lənkəranda DƏHŞƏTLİ anlar: Yaralanan var  - FOTO\ÖZƏL

Lənkəranda DƏHŞƏTLİ anlar: Yaralanan var - FOTO\ÖZƏL

Lənkəranda İran vətəndaşı zəncirvari qəza törədib.

Lənkəranda 3 avtomobil toqquşub.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində qeydə alınıb. Belə ki, Səhəd Dədəyev idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə dönmə əməliyyatını icra edərkən, arxadan gələn İran İslam Respublikası vətəndaşı Yasir Əzizadə idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə ona çırpılıb.

Bundan sonra idarəetməni itirən "VAZ-2107" markalı minik avtomobil, Əli Ramazanovun idarə etdiyi "Toyota Prius" markalı minik avtomobilə, daha sonra yol kənarındakı dirəyə dəyib. Qəza nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsinin sürücüsü diz və burun nahiyəsindən xəsarət alıb.

Hadisənin dəqiq baş vermə səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Araşdırma aparılır.



Sara,
NOCOMMENT.az