Lənkəranda dəhşətli mənzərə - Görənlər ŞOK yaşadı - VİDEO

Lənkəranda dəhşətli mənzərə - Görənlər ŞOK yaşadı - VİDEO

Lənkəran rayonunda məişət tullantılarının atıldığı mərkəzi poliqonda hökm sürən antisanitar vəziyyət, həm yerli sakinlərin, həm də şəhərə gələn turistsəfərlərinin və qonaqların ciddi narahatlığına səbəb olmaqdadır.

NOCOMMENT.az xəbər verir ki, tanınmış bloqer Kamran Razmovarın yayımladığı videgörüntülər bölgədəki ekoloji gərginliyin həddi aşdığını açıq şəkildə nümayiş etdirir: "Hər gün mütəmadi olaraq yandırılan poliqondan qalxan qatı tüstü və dözülməz üfunət qoxusu təkcə ətraf mühitə və təbiətə sağalmaz zərbə vurmur, eyni zamanda minlərlə insanın gündəlik sağlamlığını və rahatlığını təhlükə altına qoyur".

Onun sözlərinə görə, illərdir həllini gözləyən bu qlobal problemə qarşı aidiyyəti qurumların hələ də əməli addım atmaması təəssüf doğurur: "Hələ 2020-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət İnvestisiya Proqramı çərçivəsində tullantıların utilizasiyası zavodunun tikiləcəyi və 10 min kubmetrlik gücə malik müəssisənin fəaliyyətə başlayacağı barədə rəsmi vədlər verilsə də, ötən illər ərzində bu istiqamətdə heç bir real iş görülməyib və vəziyyət əvvəlki kimi acınacaqlı olaraq qalır".