Sirkədən zəhərlənən 2 nəfər öldü

Sirkədən zəhərlənən 2 nəfər öldü

Ağsuda sirkə turşusundan zəhərlənən şəxs vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Muradlı kəndinin ərazisində baş verib.

Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-u zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. O, avqustun 10-u orada ölüb.

Oxşar hadisə Ucar rayonunda baş verib. Avqustun 9-u saat 11 radələrində Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşına məxsus Ucar şəhərindəki evdə sirkə turşusundan zəhərlənib.

Xəstəxanaya yerləşdirilmiş V.İmanova orada vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.