Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində ölüb, R.İsmayılov və digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.