Məhəbbət İbadov VƏFAT ETDİ - FOTO

Məhəbbət İbadov VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim Məhəbbət Qubad oğlu İbadov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Lerik rayonunun Züvüç kəndindən olan M.İbadov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, o, Azərbaycan Kommunist Partiyası Lerik Rayon Komitəsinin birinci katibi (1990–1991), Lerik Rayon İcraiyyə Komitəsinin sədri (1975–1987) və 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin üzvü (1990–1995) olub. (unikal)