Bakının Nizami rayonunda təhlükəli vəziyyət yaradan yol problemi hələ də həllini tapmayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə şikayət daxil olub.
Qeyd olunub ki, 22 oktyabr 2024-cü il tarixində gecə saat 3 radələrində güclü yağış və sel nəticəsində Nizami rayonu, Həsənağa Turabov 4A ünvanında ictimai yolun bir hissəsi uçub.
"Hadisədən uzun müddət keçməsinə baxmayaraq, ərazidə yaranmış təhlükəli vəziyyət aradan qaldırılmayıb. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Nizami Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət olunsa da, problemin həlli istiqamətində nəticə əldə edilməyib. Sözügedən yol həm ictimai nəqliyyatın hərəkəti, həm də ərazidə yaşayan sakinlər üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.















