Lebronun yeni klubu bəlli oldu

Lebronun yeni klubu bəlli oldu

Ulduz basketbolçu Lebron Ceymsin yeni klubu “Filadelfiya” olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı insayder Şems Çaraniya verib.

Tərəflər iki illik, 8 milyon dollarlıq müqavilə imzalayıblar. Lebron 2027-28 mövsümündən əvvəl azad agentliyə keçmək üçün oyunçu seçimindən istifadə edə bilər.

“76ers” “Kral”ın karyerasında dördüncü komandadır. O, “Klivlend” (2003–2010, 2014–2018), “Mayami” (2010–2014) və “Leykers”də (2018–2026) oynayıb.