Bu ölkənin prezidenti istefa verdi

Bu ölkənin prezidenti istefa verdi

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin vəzifəsindən istefa verdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Şahabuddin yerli mediaya açıqlamasında sağlamlıq problemlərindən əziyyət çəkdiyini bildirib və istefa qərarının bununla bağlı olduğunu qeyd edib. Onun istefa məktubunun parlamentə təqdim edildiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, Prezident Məhəmməd Şahabuddinin istefası ölkədə siyasi gərginliyin artdığı dövrə təsadüf edib. Şahabuddinin istefa məsələsi ölkədən qaçan keçmiş Baş nazir Şeyx Hasina Vazedlə telefonda danışması barədə iddialardan sonra gündəmə gəlmişdi. Məhəmməd Şahabuddin 2023-cü ildə Banqladeş Prezidenti kimi and içmişdi. O, əsasən simvolik səlahiyyətlərə malik prezident postunda çalışırdı.