Dünən axşam saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.
NOCOMMENT.az -ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, hadisə nəticəsində vəfat edən şəxslərdən 1978-ci il təvəllüdlü Vəsfiyyə Yasin qızı Məlikova Korgöz qəsəbə məktəbinin riyaziyyat müəllimi imiş.
Belə ki, V. Məlikova həyat yoldaşı Ramin Məlikovun idarə etdiyi “Lada Priora” markalı avtomobildə olarkən onların maşını Lökbatan-Puta yolunda üzbəüz hərəkətdə olan və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillə toqquşub. Həmin avtomobilin isə manatlıq taksi kimi fəaliyyət göstərdiyi məlum olub.
Nəticədə “Hyundai”də olan sərnişinlərdən Hacıalı Adil oğlu Rüstəmov da hadisə yerində ölüb. Onun qardaşı 31 yaşlı Ramil isə ötən ilin avqustunda vəfat edibmiş.












