Astaranın Pələkeş kəndində ailədaxili zorakılıqla bağlı görüntülər yayılıb. Məlumata görə, kənd sakini olan bir qadın qayınatası tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalır.
NOCOMMENT.az xəbər verir ki, hadisələr azyaşlı uşaqların gözü qarşısında baş verir və qadın dəfələrlə döyülür.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi və tərəflər arasında münaqişənin mahiyyəti ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, ailədaxili zorakılıq Azərbaycan qanunvericiliyinə əsasən hüquqazidd əməl hesab olunur və belə hallarla bağlı vətəndaşlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə edilir.
Sözügedən görüntüləri təqdim edir:












