Beyləqanda 65 yaşlı kişi kanalda batıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Eyvazallar kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş. Hadisə də məhz həmin kənddə olub.
Hazırda onun axtarışları gedir.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/











