Sabah bu yerlərdə işıq kəsiləcək

Sabah bu yerlərdə işıq kəsiləcək

Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq "Cəlayir" yarımstansiyasından qidalanan 35 kV-luq "Ləkin" hava xəttində təmir işləri həyata keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, saat 10:00-dan 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri işıqsız qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Report.az