Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında keçirilən oyunların sayına görə rekordu yeniləyib.
NOCOMMENT.az xəbər verir ki, "İnter Mayami"nin 38 yaşlı hücumçusu DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Avstriyaya qarşı keçirilən görüşdə Argentina millisinin start heyətində meydana çıxıb.
Beləliklə, Messi dünya birinciliklərində özünün 28-ci oyununu keçirir ki, bu da turnirin rekordudur. Reytinqdə ikinci yeri almaniyalı Lotar Matteus (25 oyun) tutur, ilk üçlüyü isə onun həmyerlisi Miroslav Kloze (24 oyun) tamamlayır.
Hazırda çıxışını davam etdirən futbolçular arasında Messinin ən yaxın izləyicisi portuqaliyalı Kriştianu Ronaldudur (23 oyun).











