ATV-nin yeni mövsüm üçün hazırladığı “Güneşin Doğduğu Yer” serialı çəkilişlər başlamadan aktyor dəyişikliyi ilə gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, əvvəlcə baş rol üçün nəzərdə tutulan aktyor Uğur Güneş layihədən ayrılıb.
Onun yerinə isə aktyor Burak Özçivit gətirilib. Bundan sonra Burak Özçivitin tərəf müqabilinin Neslihan Atagül olacağı ilə bağlı iddialar yayılıb. Lakin aktrisa yayılan xəbərlərə münasibət bildirərək həmin layihədə Burak Özçivitlə tərəf müqabili olmayacağını açıqlayıb.
Beləliklə, məşhur “Kara Sevda” cütlüyünün yeni serialda yenidən bir araya gələcəyi ilə bağlı iddialar təkzib olunub. Musavat.com












