Şəhid ailəsində faciə: anası yanğında həyatını itirdi, bacı-qardaşı…

Şəhid ailəsində faciə: anası yanğında həyatını itirdi, bacı-qardaşı…

Xəbər verdiyimiz kimi, Yevlaxda ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsi yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə yanıb.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiyev Məhəmmədəli Mayıl oğlunun anasının evində baş verib.

Hadisə nəticəsində şəhid anası 83 yaşlı Mikayılova Nərgiz Savalan qızı dünyasını dəyişib.

Şəhidin bacı və qardaşı 60 yaşlı Vahabova Yasəmən Mayıl qızı və 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu xəsarət alıblar.