Şəmkirdə yanğın olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Ramil Süleymanova məxsus Mersedes markalı minik avtomobili anidən yanmağa başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanan Mersedes markalı minik maşını Bakı-Qazax avtomagistralında dəmir arakəsməyə çırpılıb. Qəzada nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.Yararsız vəziyyətdə olan avtomobil Baş Dövlət Yol İdarəsinin 9-cu tağımının duracağında yanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.














