Şəmkirdə motosikletlə minik avtomobili toqquşdu, ölən var

Şəmkirdə motosikletlə minik avtomobili toqquşdu, ölən var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarından birinin önündə qeydə alınıb.

Motosikletlə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində motosikletin sürücüsü, 24 yaşlı H.Əhmədov aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.\\KONKRET.az