Şeyxin müavininin vəziyyəti pisləşdi – Təcili həkimlər çağırıldı

Şeyxin müavininin vəziyyəti pisləşdi – Təcili həkimlər çağırıldı

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin sədri Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib. 

NOCOMMENT.az-ın məlumatına görə, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb. Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktik tədbirlər davam etdirilir.

Faktı Hacı Sabir Həsənlinin özü də təsdiq edib:

“Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram”.

Qeyd edək ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.  (Manset.az)