Şirvanda 60 yaşlı kişi ölü tapıldı

Şirvanda 60 yaşlı kişi ölü tapıldı

Şirvan qəsəbəsində təqribən 60 yaşlı kişinin meyiti özünə məxsus fərdi yaşayış evində aşkar edilib.

NOCOMMENT.az-ın yerli bürosunun məlumatına görə, mərhumun 1964-cü il təvəllüdlü Vəlixanov İlfan Heybətulla oğlu olduğu müəyyənləşdirilib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölüm səbəbinin dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.