TƏCİLİ! Medvedevdən Ermənistanla bağlı ŞOK: Ordu yeridilə bilər

TƏCİLİ! Medvedevdən Ermənistanla bağlı ŞOK: Ordu yeridilə bilər

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev Rusiya ilə mövcud əlaqələrin kəsilməsinin Ermənistanın sadə vətəndaşları üçün ağır nəticələr doğuracağını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Medvedev hesab edir ki, onilliklər ərzində formalaşmış əlaqələrin qırılması nəticəsində yaranan fəsadlar rəsmi İrəvanı maraqlandırmır. Onun sözlərinə görə, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizə aləti kimi baxır və Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün siyasi qüvvələrin meydandan təmizlənməsində maraqlıdır.

Medvedev iddia edib ki, Qərb Ermənistandakı seçki kampaniyasına müdaxilə edib və İrəvandakı dövlət aparatını "əllə idarəetmə" rejiminə keçirib. Rusiya rəsmisi sonda vurğulayıb ki, Moskva Ermənistan hakimiyyətinin əsl niyyətləri barədə onların real əməllərinə əsasən qərar verəcək.