ŞOK sirr yayıldı - Dünya çempionatında İrana qarşı BUNU ETDİ

ŞOK sirr yayıldı - Dünya çempionatında İrana qarşı BUNU ETDİ

ABŞ-nin 2026-cı il FİFA Dünya Çempionatına ev sahibliyi etdiyi dövrdə, turnirdə iştirak edən İran yığmasını öz ərazisində qəbul edib, eyni zamanda həmin ölkəyə qarşı hərbi zərbələr endirməsi dünya tarixində bir ilk olaraq qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, gərginliyin kökündə 2026-cı ilin fevralından etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar dayanır ki, bu da turnirin keçirildiyi günlərdə qarşıdurmanı pik həddə çatdırıb. İran yığması çempionatda iştirak etsə də, ABŞ hökuməti onlar üçün çox sərt məhdudiyyətlər tətbiq edib.

Belə ki, komandaya ABŞ ərazisində məskunlaşmağa icazə verilməyib, onlar oyunlardan cəmi 24-48 saat əvvəl ölkəyə daxil olub və matçlar başa çatan kimi dərhal çıxarılıblar. İranın baş məşqçisi Əmir Qalenoyi hətta FİFA prezidenti Canni İnfantinoya müraciət edərək ev sahibi ölkənin bu təzyiqlərindən və ədalətsiz rəftarından şikayət edib. Hərbi müstəvidə isə vəziyyət iyunun 26-27-də daha da kəskinləşib. Buna səbəb İran qüvvələrinin Hörmüz boğazından keçən ticarət gəmilərinə, xüsusilə "M/V Ever Lovely" və "M/T Kiku" tankerlərinə kamikadze PUA-larla hücum etməsi olub.

Buna cavab olaraq ABŞ Mərkəzi Komandanlığı 26 və 27 iyun tarixlərində İrandakı raket anbarları, radar sistemləri və hava hücumundan müdafiə mövqeləri daxil olmaqla ondan çox hərbi hədəfi darmadağın edib. "Global UPDATES" platforması məhz bu vəziyyəti əsas gətirərək, ABŞ-nin Dünya Çempionatında iştirak edən ölkəyə qarşı müharibə aparıb, eyni zamanda həmin ölkənin milli komandasını öz torpağında qəbul edən ilk dövlət olduğunu vurğulayıb. Hazırda qarşılıqlı hücumların davam etdiyi və regionda gərginliyin yüksək olduğu bildirilir.

Sara,