Siyəzəndə yeniyetmə dəm qazından boğularaq ölüb

Siyəzəndə yeniyetmə dəm qazından boğularaq ölüb

Siyəzəndə 14 yaşlı yeniyetmə dəm qazından boğularaq ölüb

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5 mərtəbəli bina evlərində yerləşən mənzildə qeydə alınıb.

2010-cu il təvəllüdlü Asim Vəzirxan oğlu Muradovun hamam otağında dəm qazından boğulduğu bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.