Dəşəhtli qəza baş verdi: 10 ölü - Bu ölkədə

Dəşəhtli qəza baş verdi: 10 ölü - Bu ölkədə

Taylandın şimal-şərq bölgəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 11 yaşlı oğlanın idarə etdiyi avtomobil zəvvarlıq yürüşü zamanı bir qrup buddist rahibin üzərinə sürülüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər hadisə yerində, digər 5 nəfər isə xəstəxanada həyatını itirib. Qəza zamanı 10-dan çox insan yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən azyaşlı saxlanılıb. Polis, həmçinin uşağın valideynlərinin məsuliyyətə cəlb edilməsi məsələsini nəzərdən keçirir.

Sara,

NOCOMMENT.az