SON DƏQİQƏ! Ukrayna Rusiyaya DƏHŞƏTLİ hücuma keçdi

SON DƏQİQƏ! Ukrayna Rusiyaya DƏHŞƏTLİ hücuma keçdi

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Ukrayna sərhədindən təxminən 1200 kilometr məsafədə yerləşən Rusiyanın Orenburq şəhərinə hücum edib. Yerli sakinlərin verdiyi məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.

NOCOMMENT.az xəbər verir ki, Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev dron hücumunun dəf edilməsi zamanı yaşayış binasına ziyan dəydiyini təsdiqləyib. Məlumata görə, binanın dam örtüyü zədələnib və pəncərələri sınıb. Qubernator ilkin məlumatlara əsasən mülki şəxslər arasında xəsarət alanın olmadığını bildirib. Eyni zamanda, bəzi mənbələr dronun qanadlı raketlər istehsal edən "Strela" zavodunun yaxınlığına düşdüyünü, digər dronların isə Orsk şəhərindəki neft emalı zavodunu hədəf aldığını iddia edir.

Hadisə ilə əlaqədar şəhər üzərində səma bağlanıb və "Xalça" (Kover) planı elan edilib. Hazırda bütün fövqəladə hallar xidməti hadisə yerində işləyir, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. Ukrayna tərəfi hələlik uzaqmənzilli dronlarla həyata keçirilən bu hücumla bağlı rəsmi şərh verməyib.