SON DƏQİQƏ: Vəzifəli şəxslər SAXLANILDI - FOTO

SON DƏQİQƏ: Vəzifəli şəxslər SAXLANILDI - FOTO

Türkiyənin İzmir şəhərində Cümhuriyyət Xalq Partiyası (CHP) idarəçiliyində olan Güzelbahçe Bələdiyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, Güzelbahçe Bələdiyyəsinə qarşı əməliyyat İzmir Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.

Əməliyyat zamanı CHP-li bələdiyyə sədri Mustafa Günay, eləcə də rayonlaşdırma şöbəsinin müdiri daxil olmaqla azı 5 nəfər saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslər tibbi yoxlamadan keçirildikdən sonra İzmir Vilayət Jandarma Komandanlığına aparılıb.

Hazırda jandarma əməkdaşlarının bələdiyyə binasında axtarış əməliyyatlarını davam etdirdiyi bildirilir.

Əməliyyatın hansı ittihamlar çərçivəsində aparıldığı barədə hələlik rəsmi açıqlama verilməyib.

Sara
NOCOMMENT.az

Mustafa Günay neden gözaltına alındı? Mustafa Günay kimdir? - İz Gazete - İzmir Haberleri - Son Dakika Haberler